Главная > Siyasət > İran Fransa vətəndaşını azad etdi

İran Fransa vətəndaşını azad etdi


22-03-2020, 09:08.

              İran Fransa vətəndaşını azad etdi

 

 

İran Fransa vətəndaşı Rolan Qabriel Marşalı azad edib.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti administrasiyasının yaydığı açıqlamada bildirilir.

"Respublika prezidenti ötən ilin iyun ayında İranda saxlanılmış Rolan Marşalın sərbəst buraxıldığını bildirməyə şaddır", - deyə açıqlamada qeyd edilir. O, dünən Fransaya gəlib.

Qeyd edək ki, Parisdəki "Sciences Po” Universitetinin baş tədqiqatçısı Rolan Qabriel Marşal beş il müddətinə həbs cəzasına məhkum edilib. O, cəzası azaldıldığına görə dünən həbsxanadan buraxılaraq Fransa səfirliyinə təhvil verilib.

Fransa prezidenti İran tərəfini təkrarən həbs edilmiş Fəribə Adilxahlını da azad etməyə çağırıb.

Bundan əvvəl Fransa hökuməti ABŞ-ın İrana qarşı sanksiyalarını pozma ittihamı ilə Vaşinqtonun sorğusuna əsasən saxlanılmış iranlı mühəndis Cəlal Ruhullahnejadı azad etmişdi.

Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı həbslər prezident Makronun İranla ABŞ arasındakı gərginliyi azaltmaqla bağlı addımlar atmağa başladığı vaxt baş verib.

 


Вернуться назад