Главная > GÜNDƏM > Koronavirusun iqtisadiyyata təsirinin azaldılması ilə bağlı işçi qrupların tərkibi - SİYAHI
Koronavirusun iqtisadiyyata təsirinin azaldılması ilə bağlı işçi qrupların tərkibi - SİYAHI21-03-2020, 21:17. |
Baş nazir Əli Əsədov koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. "Report” xəbər verir ki, sərəncamda deyilir: Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə: 1. Koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Energetika nazirinin müavini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti. 2. Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin: İşçi Qrupun rəhbərinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini İşçi Qrupun üzvləri Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi. 3. Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri. 4. Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilsin: İşçi Qrupun üzvləri Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Azərbaycan Banklar Assosiasiyasınnı sədri. 5. Müəyyən edilsin ki, bu Sərəncamın 1-4-cü hissələri ilə tərkibləri təsdiq edilən işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri cəlb edilə bilər. 6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Вернуться назад |