Главная > Müsahibə > Məmurlar Neftçala rayonun işğal edib-Prezidentə müraciət

Məmurlar Neftçala rayonun işğal edib-Prezidentə müraciət


5-03-2016, 19:25.
Neftçala rayonu pay torpaqlarının bölünməsində yaşanan neqativ halllarla bağlı dəfələrlə redaksiyamıza zəng olunmuşdur.Bu dəfə Neftçala rayonu  Aşağı Qaramanlı kənd sakini Hacı Xalidin Uluyol.info xəbər portalının elektron ünvanına göndərdiyi şikayət məktubun eləcədə ölkə başçısına etdiyi müraciəti təqdim edirik:

"Sözdən əmələ keçməyin əsil vaxtı!...
Dəyərli millətim! Bu gün hər bir insan Azərbaycanda baş verən hadisələrdən xəbərdardır.Unutma ki,bu hala ,bu vəziyyətə düşməyimizin səbabkarı biz özümüzük.Zaman-zaman öz mənafeyimiz üçün əlimizdəki səlahiyyətlərdən istifadə edib baş kəsənlik etmişik.Bu belə olmasaydı Neftçala rayonunda 1000 hektarlarla sahələr bu ərazilərə adiyyatı olmayan insanlar tərəfindən zəbt olunmazdı.
Hörmətli İlham Əliyev, dəfələrlə Televiziya kanalları vasitəsilə keçirdiyiniz müşavirələrə ,həm dövlət məmurlarına,həmdə Xalqa müraciət etmisiz ki,özbaşnalığa son qoyulsun.

Bəli,Vətənə ,millətinə ,dövlətinə hörmət edən ,hər bir insan söylədiyimizin həqiqi mənada həll tapmasından ötrü öz fikrin,praqramın,konsepsiyasın dövlətə təqdim etməli,Dövlətdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyi halda bu düşdüyümüz acınacaqlı vəziyyətdən qısa zaman kəsiyində xilas olarıq.

Hörmətli İ.Əliyev, atanız  Heydər Əliyev 1997-ci il 1 yanvar tarixində torpaq haqqında çox dəyərli bir fərman imzaladı. 534N-li bu fərmanda ərazidə olan torpaqların bərabər şəkildə paylanması göstərilirdi.Belə ki,5 faiz Bələdiyyə,3 faiz İnkişaf üçün nəzərdə tutulmuş və ən gözəl ondan ibarət idi ki,ilkin yer quruluşu nəzərə alınmaqla Torpaqlar bərabər şəkildə bölünməli idi.
Lakin Neftçala rayonu Aşağı Qaramanlı ərazisində bu fərmana əhəmiyyət verilmədi.Vəzifə sahibləri bildikləri kimi,öz mənafələri çərçivəsində bölgü apardılar.Aşağı Qaramanlı kəndində Sovetlər dönəmində  "Nuruş Əliyev" adına olan kolxaz bir neçə dəfə orden,mükafatlarla təltif olunmuşdu.Həmin dönəmdə Azərbaycanda iki belə kolxozdan biri olan "Nuruş Əliyev" adına kolxozun büdcəsi təsəvvür etdiyimizdən dəfələrlə böyük idi.100-lərlə əkin üçün texnika,Kolxoz daxilində terləşən 10-larla obyektlər,binalar,heyvan sürüləri,bir sözlə kolxoz sistemi ləğv olunduqda bu sərvəti düzgün istiqamətdə istifadə olunacağ təqdirdə bu gün nəinki ,Aşağı Qaramanlı kəndi Neftçala rayonunda ki,işsizlər ordusun tam aradan qaldırmaq olardı.

Mərhum H.Əliyevin verdiyi qərarı o vaxtı  2400 imza ilə ərazidə yaşayanlardan toplayıb Rayon rəhbərliyinə ,ümumi şöbəsinə rəsmən təqdim etdik.Rəsmi olaraq 5 gün müddətində cavab verəcəklərini bildirdilər.Bu gün ki, günə qədər biganə qalıblar. 
Aşağı Qaramanlıda torpaq islahatı fərmana müvafiq qaydada aparılmadı.O zaman rəhbər vəzifələrdə olan:Nazirlər Kabinetində qarac müduri,rayon prokuroru,cinayət axtarış şöbəsinin işçisi,idarə,müəssisə rəhbərləri,yo polsi idarəsinin rəisi,kolkoz sədrləri,icra nümayəndələri,bələdiyyə sədrləri,Kənd Təsərrüfatı Nazirliyində çalışanlar- sadalamaqla qurtarmayan məmurlar torpaqları zəbt etdilər.Kənd sakinlərinə paylanmalı olan yararlı torpaqları özləri götürüb,əkinə yararsız torpaqları isə kənd sakinlərinə payladılar.

Bundan əlavə ölkəmizin buğdaya olan təlabatının öz gücünmüzlə hasil olunmağı üçün fermerlərə ayrılan milyonlarla pulu isə yenə də öz tamahlarına qurban verirlər.Hansı ki,balıq nohurlarına ayrılan vəsaitləri göstərmək bəs edər.Biçin mövsümündə də aydın olur ki,ayrılan pullar havaya sovrulub.Ortada məhsul yoxdur.

Yerli bələdiyyələr ,bələdiyyə adı ilə qeyri -qanuni olaraq birinci pay trorpaqların su altında olan sahələri satmaqla satıb-alan məmurların sənədlərin düzəltməklə məşğuldurlar.
Bələdiyyə adı ilə torpaqlarımızın 30 faizi mənimsənilmişdir.Hal-hazırda 2500 ha torpaq sahəsi dövlətin fərmanlarını öz istəklərinə qurban verən şəxslərin əlində cəm olunmuşdur...

Qanunlarımızı,torpaq islahatların yaxşı bildiyim,vaxtı ilə 2400 imza toplayan şəxs kimi hər gün ikinci pay torpağı yararsız olan insanlar müracitə edir ki necə edək? Cavab olaraq onlara dedikdə isə müvafiq qurumlara bildirin.Deyirlər ki ,onsuzda şikayət edəcəyimiz qrumlar zəbt edib,torpaqlarımızı indi onlar bizim problemimizi həl edərlərmi?! Həqiqətən bu belədir.Mən,özüm dəfərlə Sizə məktub göndərmişəm,o məktublarıda yenidən Neftçala İcra Hakimiyyətinə yollayıblar.Məsələdə bağlanıb.Ölkəmizin mövcud durumundan xilası üçün hər birimiz qolumuzu çırmalayıb Millətin nicatı uğrunda çalışmalıyıq".
 
Uluyol.info
 


Вернуться назад