Главная > Baş Xəbər / Siyasət > Tramp Braziliyaya rüsum tətbiqi ilə bağlı qərarını dəyişdi

Tramp Braziliyaya rüsum tətbiqi ilə bağlı qərarını dəyişdi


8-03-2020, 11:43.

             Tramp Braziliyaya rüsum tətbiqi ilə bağlı qərarını dəyişdi

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, həmkarı Jair Bolsonaruya Braziliyaya idxal edilən polad və ya alüminiuma rüsumun tətbiq olunması və ya möhlət verilməsi ilə bağlı hər hansı vəd verməyib.

Bu barədə "Report” TASS-a istinadən xəbər verir.

"Bizim Braziliya ilə münasibətlərimiz çox yaxşıdır, biz həmişə Braziliyaya kömək edirik", - Ağ Evin başçısı bildirib.

Rüsumlar haqqında suala cavabında Tramp qeyd edib ki, o, qarşı tərəfə heçnə söz verməyib.

Liderlər Florida ştatında Trampa məxsus Mar-a-Laqo malikanəsində danışıqlar aparırlar.

Ötən il dekabrın əvvəllərində Ağ Ev rəhbəri özünün "Twitter”dəki səhifəsində Birləşmiş Ştatların yenidən Argentinaya və Braziliyaya ixrac olunan polada rüsum tətbiq etmək qərarı haqqında xəbər verib. Bolsonaru isə dekabrın sonunda Trampı rüsumları tətbiq etməməyə əmin etdiyini təsdiqləyib.

 


Вернуться назад