Главная > Kriminal > Masallı sakini özünü öldürmək istəyir - SƏBƏB

Masallı sakini özünü öldürmək istəyir - SƏBƏB


5-03-2016, 14:36.
Masallı sakini özünü öldürmək istəyir
Masallı rayon sakini Elnur Azər oğlu Ağayev özünü öldürmək istəyir. Bu barədə Uluyol.info-ya o, özü məlumat verib.

1992-ci il təvəllüdlü Elnur Ağayevin intihar etmək istəyinə dələduzluğa məruz qaldıqdan sonra dövlət orqanlarının dərdinə əlac etməməsi olub: 

"Mən "Moskva" Univermağında satıcı işləyərkən Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu etibarımdan sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarımı alıb və geri qaytarmayıb. Məcbur olub Masallı rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə Zaur Məmmədovun mənə 3700 dollar ödəməsi ilə bağlı qərar qəbul etdi". 

Lakin Elnur Ağayev indiyədək pulunu ala bilməyib. Ötən ilin 3 avqustunda Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyev şikayətçiyə bildirib ki, Zaur Məmmədovun yerini hələ də müəyyənləşdirə bilməyiblər. 

Zərərçəkən icraçıdan bu cavabı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun cavabı da təxminən eyni olub. 

Elnur Ağayev məsələ ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin "Qaynar xətti"nə şikayət edib və nazir Ramil Usubovun adına məktub yazıb. Lakin dövlət orqanları hələ də məhkəmə qərarını icra etməyib. Çarəsiz qalan Elnur Ağayev özünü öldürmək istəyir.
 
Uluyol.info
 


Вернуться назад