Главная > Maraqlı > Maskadan istifadə edərkən bunları bilmək VACİBDİR
Maskadan istifadə edərkən bunları bilmək VACİBDİR8-03-2020, 08:39. |
Son günlər tibbi maskalara tələbat artıb. Koronavirus təhlükəsi ilə bağlı bu gün insanların bir çoxu bu maskalardan istifadə edir. Bəs tibbi maskalardan istifadə qaydalarını hər kəs bilirmi? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb. Uluyol.az Milli.Az-a istinadən həmin qaydaları nəzərinizə çatdırır Ağız və burnunuzu maska ilə bağlayın, üzünüzlə maska arasında boşluq olmadığına əmin olun Maskadan istifadə edərkən ona toxunmayın, əgər toxunacaqsınızsa, əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun Maska nəm olarsa, onu yenisi ilə əvəzləyin, təkistifadəlik maskaları yenidən istifadə etməyin Maskanı necə çıxarmalıyıq? İplərindən tutaraq çıxarın (maskanın ön hissəsinə toxunmayın) dərhal qapalı zibil qutusuna atın Əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və
su ilə yuyun
Вернуться назад |