Главная > Kriminal > Azərbaycanda narkomanların sayı açıqlandı
Azərbaycanda narkomanların sayı açıqlandı5-03-2016, 14:02. |
Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nəfərdir. 2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bunlardan 1224 nəfər opioidlərin, 793 nəfər kannabioidlərin qəbulu nəticəsində bu bəlaya düçar olub. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.(APA) Вернуться назад |