Главная > Region > Deputatlığa namizədlərin aclıq aksiyası

Deputatlığa namizədlərin aclıq aksiyası


29-02-2020, 09:06.

              Deputatlığa namizədlərin aclıq aksiyası

 

Daha bir deputatlığa namizəd parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə aclıq aksiyasına qoşulub.

 

Turan İnformasiya Agentliyi xəbər verir ki, bu, Müsavat Partiyasının üzvü, 42 saylı Sumqayıt ikinci dairəsindən Elşad İsrafildir.

 

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.

 

İlk aclıq aksiyasını ötən gün Müsavat Gənclər Təşkilatının rəhbəri Elman Quliyev elan edib.

 

Müxalifətçilər seçkinin nəticələri saxtalaşdırıldığına görə onların ləğvini tələb edirlər.

 


Вернуться назад