Главная > Baş Xəbər / Problem > İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı
İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı29-02-2020, 10:43. |
İtaliyanın "Pyaneze" komandasının üç futbolçusu və bir əməkdaşı koronavirus epidemiyasına yoluxub. "Report" xəbər verir ki, bu barədə C Seriyasının A qrupunda çıxış edən klubun rəsmi saytı məlumat yayıb. Hələlik onların adları açıqlanmayıb. Bu, ölkədə futbolçular arasında 4-cü yoluxma halıdır. Daha əvvəl Syen əyalətini təmsil edən komandanın oyunçusunda da koronavirus üzə çıxıb. Qeyd edək ki, İtaliyada virusa 600-dən çox yoluxma halı aşkarlanıb. Yoluxanların 17-si dünyasını dəyişib.
Вернуться назад |