Главная > Baş Xəbər / Dünya > İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb

İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb


28-02-2020, 23:23.

            İranda dövlət idarə və müəssisələrində iş saatı azaldılıb

 

İranda koronavirus epidemiyası ilə əlaqədar ölkə üzrə dövlət idarə və müəssisələrində iş saatı azaldılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bütün əyalətlərdə dövlət idarə və müəssisələrində iş saatı əyalət başçısının qərarı ilə 2 saat azaldılır.

Qeyd edək ki, İran parlamenti də koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını əlavə məlumat verilənədək təxirə salıb. Bundan başqa, ölkə ərazisindəki bütün məktəblərdə 3 gün müddətinə tətil elan olunub.

 


Вернуться назад