Главная > Dünya > İranda qalmaqal: “Parlament qadınların və eşşəklərin yeri deyil”

İranda qalmaqal: “Parlament qadınların və eşşəklərin yeri deyil”


5-03-2016, 00:09.

İranda qalmaqal: “Parlament qadınların və eşşəklərin yeri deyil”Deputatın mandatından məhrum edilməsinə çağıranlar da var

İranlı mühafizəkar deputat qadınların parlamentə buraxılmamalı olduğunu bəyan edəndən sonra tənqid hədəfinə çevrilib.

"Parlament qadınların yeri deyil, kişilərin yeridir,” deyə deputat Nader Ghazipur onlayn yerləşdirilmiş bir videoda bəyan edir. O, videoda həmçinin bildirib ki, qadınlar təhqir edilə bilərlər. O həmçini qadınları "eşşəklər”lə eyni kateqoriyaya qoyub.

"Biz ölkənin üzərində nəzarəti asanlıqla əldə etməmişik ki, indi də hər tülkünü, uşağı, eşşəyi parlamentə buraxaq. Parlament eşşəklərin yeri deyil,” deyə o bildirib.

57 yaşlı Ghazipour keçən həftə vətəni olan Urmiyə şəhərindən yenidən deputat seçilib. Belə görünür ki, o bu sözləri öz seçki qərərganında bir görüş zamanı deyib.

Onun bu şərhi elə bir vaxtda ortaya çıxıb ki, rekord sayda, yəni 20 qadının 26 fevral seçkilərindən sonra parlamentdə yer alacağı gözlənilir.

Azadlıq Radiosunun məlumatına görə, Ghazipurun bu yaxınlarda Youtube-a yerləşdirilmiş videosu həm internetdə, həm də ondan kənarda ziddiyyətli və kəskin şərhlər doğurub. Deputatın vəzifəsindən uzaqlaşdırılmasına çağıranlar da var.

İran xəbər saytları bildirir ki, hökumətin qadın və uşaq məsələləri idarəsinin məlumat şurasının rəhbəri Zahra Nejadbahram Ghazipur-un vəzifəsindən azad edilməli olduğunu deyib.


Вернуться назад