Главная > Siyasət > Nikol Paşinyan məhkəməyə verildi

Nikol Paşinyan məhkəməyə verildi


24-02-2020, 22:20.

                     Nikol Paşinyan məhkəməyə verildi

 

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı böhtan bəyanatına dair təkzib verməsi və təhqiramiz fikirlərinə görə üzr istəməsi üçün məhkəmə iddiası qaldırıb.


"Report” bu barədə Ermənistan Məhkəmə Departamentinin saytına istinadən xəbər verir.

Xatırladaq ki, N.Paşinyan Konstitusiya Məhkəməsinin rəhbərini dəfələrlə sərt tənqid edərək onun barəsində "köhnə rejimin müdafiəçisi”, "korrupsiyaya batan sistemin sədri” kimi ifadələr işlətmişdi.


Вернуться назад