Главная > Region > Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ


24-02-2020, 15:29.

            Güclü külək əsəcək, qar yağacaq -XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentdən Musavat.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 


Вернуться назад