Главная > GÜNDƏM > Astara gömrüyü bağlanmayıb, İrana gedənlər var

Astara gömrüyü bağlanmayıb, İrana gedənlər var


23-02-2020, 19:51.

              Astara gömrüyü bağlanmayıb,İrana gedənlər var 

 

Astara gömrük-keçid məntəqəsi əvvəlki qaydada işini davam etdirir və İranda koronavirus yayılsa da, gedib-gəlişdə hər hansı məhdudiyyət yoxdur.

Bu barədə Musavat.com-un əməkdaşına məlumat verən Astara sakini bildirib ki, bu dəqiqələrdə artıq İran tərəfə keçib, heç bir problem də yoxdur. Onun sözlərinə görə, ənənəvi şəkildə gömrük yoxlanışından keçərək İrana yollanıb. Rayon sakini İran ərazisində olarkən müxbirimizə deyib ki, onun kimi İrana gedənlər var.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov İranda yayılan koronavirusla əlaqədar Astara və Biləsuvar gömrük-keçid məntəqələrində profilaktik tədbirlər görüldüyünü, dezinfeksiya işləri aparıldığını, bununla əlaqədar müəyyən məhdudiyyət qoyulduğunu açıqlayıb.

Emil, Musavat.com

 


Вернуться назад