Главная > Cəmiyyət > BU GÜN BAŞ VERƏN AVTOBUS QƏZASININ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

BU GÜN BAŞ VERƏN AVTOBUS QƏZASININ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ


4-03-2016, 21:57.
Elmi-ladun işığında "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22 Bildiyimiz kimi, bu gün (4 mart) Bakıda 16(0) nömrəli avtobus qəzaya uğramış və 20 nəfərdən çox insan xəsarət almışdır (yaralılara Allahdan şəfa diləyirəm). Əvvəllər qeyd etdiyim kimi, Azərbaycan ətrafında baş verən bütün bu kimi hadisələr təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Avtobus qəzasındakı qanunauyğu aşağıdakı hesablamalardan görmək olur: 1) 160 nömrəli avtobus qəzaya uğrayan gün 27(28) sentyabr 2015-ci il tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın, qiyamət əlamətinin) 160-cı (!) günü idi (xatırladım ki, həmin tutulmada Ay qan rəngində idi ki, bu da 33 ildə bir dəfə baş verir). Bir məqama da diqqətinizi cəlb edim ki, bu il yanvarın 19-da güclü qasırğa Azərbaycanın şimal və cənub rayonlarını iflic edəndə (ağaclar kökündən qopmuş, elektrik dirkləri uçmuşdu), həmin Ay tutulmasının 114-cü günü idi. 2) Bu gün həmçinin, Azərbaycanın qərb bölgəsində 26 may 2015-ci il tarixdə baş verən 4,7 bal gücündə zəlzələnin (Goranboy, Mingəçevir, Şəki rayonlarında həyəcana səbəb olmuşdu) 286-cı günüdür ki, bu da Quranın səhifələrinin sayıdır. 3) Bu hadisədən (avtobus qəzasından) 114 gün qabaq (16.11.15) Azərbaycanda yanğın səbəbindən internet əlaqəsi kəsilmişdi. 4) Xatırladım ki, 28 yanvar 2015 tarixdə Bakı metrosunda qəza baş verdiyindən, insanlar 20 dəqiqə qaranlıq tuneldə qalmışdılar. Bu da böyük həyəcana səbəb olmuşdu. Maraqlıdır ki, bu gün avtobus qəzaya uğrayanda həmin metro qəzasının 400-cü günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxanda, yenə də surələrin sayı qalır və diqqətimizi təkrar bu müqəddəs kitaba və onun hökmlərinə yönəldir. 5) Bugünkü avtobus qəzasında diqqət çəkən digər məqam onun başqa bir metro qəzası ilə (20.02.13) əlaqələnməsidir. Belə ki, bu gün həmin metro qəzasının 1110-cu günüdür ki, bundan Quranda TÖVBƏ və CƏZA rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınır və diqqətimizi təkrar olaraq tövbə etməyin vacibliyinə yönəldir: 1110 - 555 = 555
"Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik". Quran, 17:16

Allahın aciz qulu və carçısı:Paşa Yaqub
Вернуться назад