Главная > Aktual > Yeni deputat rektor vəzifəsində qalacaqmı?

Yeni deputat rektor vəzifəsində qalacaqmı?


11-02-2020, 13:54.

                 Yeni deputat rektor vəzifəsində qalacaqmı?

 

Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb.

Bu barədə "Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.

Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: "Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsiniinstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”.

C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonra İlahiyyat İnstitununrektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:"Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.


 

Ceyhun Məmmədov

 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb. Mərkəzi seçki Komissiyasının açıqladığı nəticələrə görə, o, 62,7 % səslə deputat seçilib.

2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı Milli Məclisin də deputatı ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutmasıtəcrübəsinə son qoyulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin mayın 21-də imzaladığısərəncam iləC.MəmmədovAzərbaycan İlahiyyat İnstitununrektoru təyin edilib.

 


Вернуться назад