Главная > GÜNDƏM > İran və Türkiyə “Fələstinin satılması”na qarşı çıxdı

İran və Türkiyə “Fələstinin satılması”na qarşı çıxdı


2-02-2020, 21:23.

          İran və Türkiyə "Fələstinin satılması”na qarşı çıxdı

 

İslam Dünyası "sabit” mövqedən çıxış etməlidir

Çinin dövlət xəbər agentliyi "Xinhua” İran dövlət agentliyi olan "İRNA”ya istinadən xəbər verir ki, bazar günü İran və Türkiyə xarici işlər nazirləri İslam Dünyasını ABŞ-ın Yaxın Şərq sülh planına qarşı "sabit" mövqedən çıxış etməyə çağırıblar.

Telefon danışığı zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və türkiyəli həmkarı Mevlud Çavuşoğlu "Fələstinin satılması"na qarşı olduqlarını bildirdilər.

Agentlik bildirir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üçün sülh planı fələstinlilər tərəfindən rədd edilib.

Donald Trampın planına görə Qüds İsrailin "bölünməz paytaxtı" olaraq tanınmalıdır.

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın sülh planını sərt şəkildə pisləyib.

http://www.xinhuanet.com/english/2020-02/02/c_138750376.htm

 

Elbəyi Həsənli, Surix
musavat.com

Вернуться назад