Главная > Dünya > "Real"ın yeni baş məşqçisi açıqlandı-Zidan yola salınır

"Real"ın yeni baş məşqçisi açıqlandı-Zidan yola salınır


4-03-2016, 22:03.
"Real" yayda Zinəddin Zidanla yollarını ayıracaq. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, artıq "Kral Klubu" özünə yeni baş məşqçi tapıb. İddiaya görə, Rafael Benitesin yerinə keçən Zidanı yayda hazırda "Yuventus"a başçılıq edən Massimiliano Allegri əvəzləyəcək.

Qeyd edək ki, Allegri əvvəllər İtaliyanın "Aglianese", "Real SPAL", "Qrosseto", "Sassuolo", "Kalyari" və "Milan" klublarını çalışdırıb. 48 yaşlı mütəxəssis məşqçi karyerası ərzində 2 dəfə A Seriyasının, 1 dəfə ölkə kubokunun, 2 dəfə İtaliya Super Kubokunun qalibi olub, 2014/15 mövsümündə Çempionlar Liqasının finalına çıxıb.


Вернуться назад