Главная > Mövqe > “Taliban” hərəkatı atəşkəsə razılıq verdiyi barədə məlumatı təkzib edib

“Taliban” hərəkatı atəşkəsə razılıq verdiyi barədə məlumatı təkzib edib


31-12-2019, 15:58.

               "Taliban” hərəkatı atəşkəsə razılıq verdiyi barədə məlumatı təkzib edib

 

"Taliban” hərəkatının ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə sazişin imzalanması üçün atəşkəsə razılıq verdiyi barədə KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu "Taliban” hərəkatının Qətərdəki nümayəndəsi Süheyl Şahin deyib.

Dekabrın 7-də Qətərdə "Taliban” hərəkatı ilə ABŞ nümayəndələri arasında bərpa olunan danışıqlarda dekabrın 13-də Əfqanıstanda baş verən hücumdan sonra fasilə yaranıb. ABŞ danışıqların davam etdirilməsi üçün taliblərdən atəşkəs tələb edib. "Taliban” isə öz növbəsində yalnız xarici qoşunların ölkəni tərk etməsi barədə sazişin imzalanmasından sonra atəşi dayandıracaqlarını bildirib.

Xatırladaq ki, ABŞ "Taliban” hərəkatı ilə sülh danışıqlarına 2018-ci ilin payızında başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələr barədə məlumatlandırılıb. Danışıqların doqquz raundunun nəticələrinə əsasən, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad sülh barədə sazişdə irəliləyiş əldə edildiyini bildirib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə "Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizlin hazırlanan görüşünün ləğv olunduğunu və taliblərlə danışıqların dayandırıldığını elan edib.

 


Вернуться назад