Главная > İdman > Messi dünyanın ən yaxşı idmançısı oldu

Messi dünyanın ən yaxşı idmançısı oldu


31-12-2019, 20:30.

         Messi dünyanın ən yaxşı idmançısı oldu

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2019-cu ilin ən yaxşı idmançılarını açıqlayıb.

 

Eurasia Diary xəbər verir ki, 102 ölkədən 331 jurnalistin iştirak etdiyi səsvermədə kişilər arasında "Barselona”nın kapitanı Lionel Messi ilin ən yaxşı idmançısı elan olunub.

Qadınlar arasında isə ABŞ-dan olan gimnast Simona Baylz ən yaxşı seçilib.

Kişilər


1. Lionel Messi (futbol) - 394 (13,11%)

2. Eliud Kipçoqe (atletika) - 361 (12,01%)

3. Rafael Nadal (tennis) - 282 (9,38%)

4. Kriştiano Ronaldo (futbol) - 240 (7,98%)

5. Luis Həmilton (Formula1) - 232 (7,72%)

Qadınlar

1. Simona Baylz (gimnastika) - 452 (15,04%)

2. Meqan Rapino (futbol) - 406 (13,51%)

3. Şelli Ann Freyzer-Prays (atletika) - 331 (11,01%)

4. Katinka Hossu (üzgüçülük) 302 (10,05%)

5. Mikaela Şiffrin (dağ xizəyi idmanı) - 232 (7,72%)

 


Вернуться назад