Главная > Mədəniyyət > Kıvanç Tatlıtuğ Atatürk rolunu qəbul etmədi

Kıvanç Tatlıtuğ Atatürk rolunu qəbul etmədi


31-12-2019, 21:39.

           Kıvanç Tatlıtuğ Atatürk rolunu qəbul etmədi

Aktyor Kıvanç Tatlıtuğ 6 seriyalıq layihədə Mustafa Kamal Atatürkü canlandırmaqdan imtina edib.

Uluyol.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb aktyorun başqa layihəyə razılıq verməsi olub. Kıvanç "Ya istiqlal, ya ölüm” serialından gələn təklifi rədd etməsini belə əsaslandırıb:

"Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk olduğu üçün bu təklif qürur verdi. Ancaq daha əvvəldən razılaşdığım başqa layihə var idi. Bu səbəbdən TRT-nin təklifinə, təəssüf ki, müsbət cavab verə bilmədim”. (qafqazinfo)

 


Вернуться назад