Главная > Kriminal > "Qazel"də mərmi partladı - Goranboyda

"Qazel"də mərmi partladı - Goranboyda


4-03-2016, 21:42.

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Rauf Hüseynov mərmini "Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.

 

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.


Вернуться назад