Главная > Ədəbiyyat > Məzarlar da danışır... (ŞEİRLƏR)
Məzarlar da danışır... (ŞEİRLƏR)26-12-2019, 20:28. |
Məzarlar da danışırMəzarlar da zamanla, Dostlaşıb tanış olur. Bəzi daşlar orda da, Fəhləyə məmur olur.
Məzar var ki, başında Bir abidə ucalır. Məzar var ki, başında, Adi bir daş dayanır.
Məzar var, il boyu Həmişə yada düşür. Məzar var, tarix boyu, Heç ora yolun düşmür.
Məzar var, yanı hasar Bir qoruğa bənzəyir Məzar var, kol-kos basır, Kim olduğu bilinmir.
Adama elə gəlir, O daşlar da danışır Ona yaxın məzarla, Öz dərdini paylaşır.
"Şəhriyar”
Bir dahi uyuyur qonşu torpaqda Adı Şəhriyardı, özü dəryadır. Sözü, kəlməsi dürri-yektadır Amalı türk olan bir bəxtiyardır.
Bir görmək istədi, öz millətini Çəkdi daxilində acı zilləti. Qəlbi bu eşqlə hey çırpınırdı, Gözündə qor kimi şimşək çaxırdı.
Yanıb odlanırdı, sözdə, sətirdə Bir xalq, dövlət, torpaq üstündə Vahid birliklə, ulu vəhdətlə, Şamtək əriyirdi şeir, qəzəldə.
Azadlıq məlhəmin çəkib yaraya Vətən nisgilinə dərman edirdi O taylı-bu taylı doğma elinə, Ürəyi qubarlı salam deyirdi.
Heydərbaba onsuz qalıb gileyli Öz elində olub indi yadelli Sarıbaba düşüb xeyli aralı, Səsi gəlmir qəlbi olub yaralı.
Neçə əsər yazılıbdır şəninə Mahnı qoşub, söz deyiblər şeirinə Adı düşmür cavan, qoca dilindən, Öyrənirlər daim onu dərindən.
Gecikirsən, ay ürək
Arzuları bir-bir gerçək etməyə Vaxt azalıb, gecikirsən, ay ürək. Bu həyatda əməl qoyub getməyə, Gecikirsən, bir az tələs, ay ürək.
Çoxdandır heç yoxlamırsan özünü Bəlkə sağlam, bəlkə xəstəsən bilək. Deyirdin ki, qəm bağlayıb üzünü Gecikirsən sil dərdini, ay ürək.
Hiss edirəm, içində bir boşluq var Vaxt ötsə də, dola bilmir bu ürək. Çox sakitsən, bilirəm ki, sözün var Töküb, boşalt öz içini, ay ürək.
Pünhan tutmusan neçə sirrini, Bilirəm vəfada tayın yox ürək. Hərçənd bilməsələr bəzən qədrini, Gecikirsən, üsyan elə, ay ürək.
Əvvəlkitək zövq almaqda acizsən Əl-qolunu itirmiş bir əlilsən. Son mənzilin uzaq deyil bilirsən Gecikirsən, aman yoxdur, ay ürək.
Alov kimi
Bu bahar da payız kimi, Sarı, qırmızı keçdi.. Yaşıllığı görmədim Ya da gördüm, hiss etmədim. Çoxdandı fəsilləri, Yaman qarışdırmışam Bircə sən qarışmırsan. Beynimə qoyduğum kimi, Yerində dayanmısan. Dünən küləklə qar, Yaman çovğun yaratdı Bütün cismim üşüdü. Təkcə başımdan başqa Orda elə qalmısan, İsti daş kömür kimi Məni yaman qızdırır, Xəyalın alov kimi...
Yarımçıq sevgilər
Məhəbbət yolunda yıxılmaq olar Yetər ki, qalxmağa bir yolun olsun. Ayrılıb, yenidən sevmək də olar Yetər ki, sevməyə bir üzün olsun.
Bir ürək nə qədər sevgi daşıyar? O olar, bu olar, o biri olar Qəlb boxça deyil, kim gəldi tuta Axırda cırılıb, partlayıb daşa
Demə sevənlərim günahkar idi Yarı yolda qoyub, tərk etdi məni De mən qəlbimi açıq qoymuşam, Hər gələn atını oynadıb getdi.
Bir gün geriyə dönüb baxanda Alnının qırışı çaşdırar səni Yarımçıq sevgilər bir alov kimi İçində qaynayıb, yandırar səni.
Dəniz boyda sevgim...
Gəlmişəm yenə də dəniz seyrinə, Qəmli fikirlərlə həsrət ötürüm. Baxıram dənizin ucqar yerinə Deyirəm təəssüf mənim sevgimə.
Bir vaxtlar dənizi birlikdə sevdik Gəlib kənarında, qışı yay etdik. İndi bu yerlərə yalnız gəlirəm Çılğın dalğalarla köks ötürürəm.
Gələrdik dənizə görüşmək üçün Qol-boyun olub, sarılmaq üçün. İndi tək-tək gedirik, düşünmək üçün Oturub kənarda ağlamaq üçün
Dəniz boyda sevgim, deyərdin mənə Mən də can deyib, baxardım sənə İndi bu sularda üzün görünür, Böyük ləpələrdə səsin duyulur.
Əyyub Məmmədov şair, jurnalist
uluyol.az
Вернуться назад |