Главная > Kriminal > Abşeronda 28 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Abşeronda 28 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib


23-12-2019, 08:33.

          Abşeronda 28 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib

 

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, tanış iki şəxs yeyib içdikdən sonra sərxoş vəziyyətdə aralarında mübahisə yaranıb. Mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Nəticədə adı hələ ki, məlum olmayan şəxs ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. İlkin məlumata görə, dünyasını dəyişən şəxsin 28 yaşı var. Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад