Главная > Siyasət > Əşrəf Qaninin ikinci dönəm 5 illik müddətə prezident seçildiyi bildirilir

Əşrəf Qaninin ikinci dönəm 5 illik müddətə prezident seçildiyi bildirilir


23-12-2019, 12:28.

        Əşrəf Qaninin ikinci dönəm 5 illik müddətə prezident seçildiyi bildirilir

 

Əfqanıstan prezidenti Əşrəf Qaninin ikinci dönəm 5 illik müddətə prezident seçildiyi bildirilir. Bu qənaətə bazar günü seçkilərin ilkin nəticələrinin hesablanmasından sonra gəlinib.

Mərkəzi Seçki Komissiyası seçkilərin uzun müddətdir gözlənilən nəticələri Kabildə keçirdiyi mətbuat konfransında bəyan edib. Sentyabrın 28-də keçirilən seçkilərin nəticələrinə gərə Qani səslərin 51 faizini əldə edib.

Səsvermə bülletenlərində 15 namizədin adı qeyd olunsa da, əsas mübarizə iki namizəd daha 5 il hakimiyyətdə qalmaq istəyən indiki prezident Əşrəf Qani (70 yaş) və Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla (50 yaş) arasında gedib. Digər tanınmış namizədlər sırasında keçmiş kəşfiyyat rəisi Rəhmətullah Nabil və keçmiş hərbi komandir, yaraqlıların lideri Gülbüddin Hikmətyar da var.

Mərkəzi Seçki Komissiyasınən sədri 1.8 milyon səsin hesablandığını bildirib.

Hava Ələm Nuristani deyib ki, Qaninin əsas rəqibi Abdulla Abdulla səslərin 39.52%-ni qazandığını deyib ("Amerikanın səsi").

 


Вернуться назад