Главная > Siyasət > Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü - Foto

Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü - Foto


23-12-2019, 10:55.

             Azərbaycan və Gürcüstan XİN başçıları görüşdü -Foto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

Görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki üçtərəfli görüşü çərçivəsində baş tutub.

XİN başçıları Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr, əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bundan öncə D.Zalkaliani Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib./report/

 


Вернуться назад