Главная > Region > Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb

Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb


15-12-2019, 15:47.

             Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb

 

Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlüHüseynov Şəhadət İnqilab oğlubir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləriElim, Şirvan Adıgözəloğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) vəHüseynov Sahib Sərdar oğluarasında yaranıb. Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Fakt araşdırılır.

 


Вернуться назад