Главная > Hadisə > Bakıda evdən çürümüş meyit tapılıb

Bakıda evdən çürümüş meyit tapılıb


13-12-2019, 11:08.

              Bakıda evdən çürümüş meyit tapılıb

 

Bakıda evdən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə dünən paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1946-cı il təvəllüdlü Latkina İrina İvanovnanın çürümüş meyiti mənzilində aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub.

Araşdırma zamanı İ. Latkinanın təxminən 11-13 gün əvvəl vəfat etdiyi məlum olub.

İ.Latkinanın meyitinin ilkin müayinəsi zamanı ona kəskin çürümə diaqnozu qoyulub. Ölümün səbəbləri araşdırılır.

 


Вернуться назад