Gəncə Apelyasiya Məhkəməsində – Rüsvayçılıq
Bir xeyli əvvəl Gəncə şəhərində ölümlə nəticələnən mübahisə
ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, 15 sentyabr
2018-ci ildə baş vermiş hadisə Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf
İsayevlə Şəmkir rayon sakini Bahadur Qasımov arasında baş verib.
Belə ki, Bahadur Qasımovun bacısı qızı Asif İsayev tərəfindən
qaçırılıb. Lakin bir həftə sonra İisayev qızı geri qaytarıb. Məsələ ilə bağlı
qızın valideynləri bir neçə dəfə qızı qaçıran şəxslə görüşməyə, problemin nədən
qaynaqlandığını araşdırmağa, habelə qızla oğlanı barışdırmaq üçün danışmağa
çalışıblar. Lakin bütün cəhdlər nəticəsiz qalıb.
Cinayət işində müttəhim qismində qeyd olunan Bahadur Qasımovun qardaşı Şakir
Qasımov bununla bağlı JAMAZ.İNFO-ya açıqlama verib. O bildirib ki, rəsmi məlumatda
yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, qardaşı Bahadur Rusiyada
yaşayıb və Şəmkirə gəldikdən sonra bacısı qızının başına gələnlərdən xəbər
tutub. Bununla bağlı, Asif İsayevlə görüşmək istəyib. Hətta görüşə qədər Asifə
xəbər göndərib ki, əgər hər hansı maddi və mənzil problemi varsa, onu həll etməyə
hazırıdır. "Qardaşımın Gəncədə evi vardı. Onu bacım qızı ilə Asifə verməyə
hazır idi. Deyirdi ki, iş məsələsi də problem deyil və o, bu məsələni həll edə
bilər. Asif İsayevlə görüşə getməkdə məqsədi də yaranmış vəziyyəti düzəltmək,
problemi aradan qaldırmaq olub. Rəsmi məlumatda yazılır ki, guya, qardaşım
Aasiflə Gəncədə evdə görüşüb. Yalandır. Qardaşım onunla Asifgilin evinin
yaxınlığında görüşüb. Hətta görüşdən əvvəl onun valideynlərini, ağsaqqallarını
da görüşə çağırıb ki, birlikdə problemi yoluna qoysunlar. Ancaq görüşə tək Asif
gəlib”.
Şakir Qasımov deyir ki, görüş zamanı qardaşım Asifdən xahiş edib ki, daşı ətəyindən
töksün. "Ona bütün köməklikləri etməyə hazır olduğunu bildirib. Biz istəmirdik
ki, Şəmkirdə adımız pisə çıxsın. Çünki günah bizdə deyildi, Asif qızı tək yox,
anası və daha bir neçə nəfərlə qaçırmışdı. Sonra da geri qaytarmışdı. Saytlar
yazırdı ki, guya, biz gedib qızı gətirmişik. Yalandır, onlar özləri qızı
qovublar. Bizə maraqlı olan o idi ki, axı, bu adamların bizlə nə düşmənçiliyi
var. Heç onları tanımırdıq da”.
Hadisənin necə baş verməsi ilə bağlı danışan ittiham olunan şəxsin qardaşı
deyir ki, Asifin ölümü təsadüf baş verib. "Qardaşım görüşə kimisə öldürmək üçün
getməmişdi. Əksinə, barışıq əldə etmək üçün çalışırdı.
Adam öldürməyə gedən adam öldürəcəyi adamın valideynlərini, ağsaqqallarını
görüşə çağırardımı? Bıçaq da Asifə məxsus olub, hətta qardaşıma silah çəkən də
o olub. Bunu təsdiq edən 25 nəfər adam var. Lakin istintaq onların heç birini dəvət
edib, ifadəsini almayıb”.
Şakir Qasımıv deyir ki, qardaşı Bahdurla Asif Gəncədə görüşüblər və mübahisənin
səbəbkarı da elə ölən şəxsin özü olub. Onun sözlərinə görə, qardaşı hər vəchlə
problemi aradan qaldırmağa çalışsa da, Asif onu təhqir etməyə, alçaltmağa
çalışıb.
"Bahadur əsəbi və ya qəddar biri olmayıb. Asif görüşdə onu təhqir edib. Deyib
ki, istəsə onun özünü də zorlaya bilər. Bu təhqirlərə dözməyən Bahadurla
aralarında mübahisə yaranıb. Həmin vaxt Asif İsayev cibindən bıçaq çıxarıb və qardaşıma
hücum çəkib. Qardaşım özünü müdafiə etmək üçün yerdən ağac tapıb. Sonra isə iş
gəlib əlbəyaxa davaya çıxıb.
Asif bir neçə dəfə qardaşıma bıçaq atsa da, onu vura bilməyib. Bu vaxt imkan edən
qardaşım bıçağı onun əlindən almağa çalışıb. Ancaq necə olubsa bıçaq Asifin
boğazına saplanıb. Ekspertiza da təsdiq edir ki, hadisə yerindən tapılmış
bıçaqda Bahadur Qasımovun əl izi yoxdur.
Üstəlik, həmin vaxt ərazidə kanalizasiya qazıntısı aparan 25-ə yaxın fəhlə də
hadisəyə şahid olublar. Onları nə istintaqa, nə də məhkəməyə çağırdılar.
Halbuki biz bununla bağlı vəsatət də qaldırmışdıq. Elə fəhlələrin bir neçəsi məhkəmədə
ifadə verməyə hazır olduqlarını desələr də, qəbul etmədilər. Eyni zamanda,
Bahadur hadisədən sonra özü polisə gedib və hadisəni danışaraq, təslim olub”.
Şakir Qasımov deyir ki, Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq tamamilə
qərəzli və saxtadır. Onun dediyinə görə, istintaq zamanı nə şahidlər dindilib,
nə əsaslar araşdırılıb, nə də xüsusatlara diqqət yetirilib. "Mən əminm ki, işin
bu şəkildə aparılması sifariş əsasında baş verib. Bunu indiyə qədər keçirilən
iki məhkəmə instansiyalarındakı proseslər də təsdiq edir. Çünki dəhşətli dərəcədə
ədalətsizliklər var”.
Bahadur Qasımovun qardaşı bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində
keçirilən məhkəm prosesləri o qədər saxtakarlıq və eybəcərliklə müşahidə olunub
ki, onlar nə edəcəklərini belə bilməyiblər. "Dəfələrlə vəsatətlər qaldırdıq.
Sübut etdik ki, istintaqa verilən ifadələrlə şahid ifadələri arasında ziddiyyətlər
var və onlar araşdırılmadı. Hakim hər vəchlə qardaşımı günahkar çıxarmağa
çalışdı. Əvvəl düşündük ki, istintaqın saxtakarlığı və bivecliyi məhkəmədə
araşdırlacaq və tədbir görüləcək. Lakin tam tərsi baş verdi. Qardaşıma haqsız
olaraq 18 il həbs cəzası verildi. Halbuki qardaşım Asifi öldüməyib. Bu
ehtiyatsızlıqdan baş vermiş hadisədir. Bunu prokurorluq da, məhkəmə də görürdülər,
lakin mövqelərini dəyişmirdilər”.
Lakin daha biabırçı hadisə Gəncə Apellyasiya Məhkəməsində baş verib.
JAMAZ.İNFO-ya danışan Şakir Qasımov qeyd edir ki, hakim Teyyub Muxtarov işə
baxıb. "Əslində, buna işə baxmaq demək olmaz. Cəmi üç məhkəmə prosesi
keçirilib. Onun da biri baş tutmayıb. Lakin biabırçılıq odur ki, hakim Teeyub Muxtarov
heç nəyi nəzərə almayıb. Üstəlik, nə qardaşıma, nə də prokurora danışmaq imkanı
verməyib. Ən dəhşətlisi odur ki, qardaşım vəkilsiz halda ittiham edilib. Belə
ki, Bahadur məhkəmə prosesində vəkili Rəşid Məhərrəmlidən imtina edib. Və bunu
yazılı şəkildə hakimə təqdim edib. Bildirib ki, vəkili indiyə qədər onunla
maraqlanmayıb, heç bir işini araşdırmayıb və müdafiəsini də təşkil etməkdə
passivlik göstərib. Eyni zamanda, yeni müqavilə bağladığı vəkil Elxan Osmanovun
oderini qəbul etməsini xahiş edib. Lakin hakim Teyyib Muxtarov isə vəsatətə
baxmaq yerinə, qardaşımın və vəkilin üzərinə çığıraraq, onlardan sonuncu
çıxışlarını etməyi tələb edib. Üstəlik, vəkil Elxan Osmanovun oderini də qəbul
etməkdən imtina edib”.
Şakir Qasımov bildirir ki, hakim Teyyub Muxtarov özünü hakimdən daha çox,
prokuror kimi aparırdı. "Vəkil Rrəşid Məhərrəmlinin üstünə çığırırdı ki, əgər
çıxış etməsə, onunla bağlı Vəkillər Kollegiyasına təqdimat göndərəcək. Lakin vəkil
hakimə dedi ki, axı, o, çıxış edə bilməz, çünki müvəkkili onun xidmətindən
imtina edib. O, hakimdən müvəkkili ilə 5 dəqiqəlik görüşmək istədiyini desə də,
Teyyub Muxtarov heç onu dinlımədi və müşavirə otağına getdi. 5 dəqiqə sonra gələrək,
qərarını oxudu. Bu ciddi qanun pozuntusudur və bir hakim tərəfindən edilərsə, daha
ciddi qanunsuzluq anlamı daşıyır”.
Bahadur Qasımovun qardaşı deyir ki, məhkəmənin qərarı ilə onun cəzası daha 1 il
artırılaraq, 19 il edilib. "Biz görmüşük ki, məhkəmə ədalətli olar, cəzanı
mümkün qədər aşağı salmağa çalışar. Lakin Teyyub Muxtarov cəzanı heç bir şeyi
araşdırmadan və əsas olmadan daha bir il artırdı. Belə başa düşürəm ki,
qardaşımın daha ağır cəza alması sifarişdir. Çünki bir hakim bu qədər qanunlara
hörmətsizlik edib, müdafiəsiz qalmış, vəkilsiz, son söz deməmiş şəxsə 5 dəqiqə
içində 19 il cəza verirsə, deməli, iş sifarişlidir”.
Şakir Qasımov üzləşdiyi ədalətsizlikdən dolayı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Xanım
Əliyevaya müraciət edib. O dövlət başçısı və birinci xanımdan xahiş edib ki,
qardaşının işinin ədalətli şəkildə araşdırılması, məhkəmələrin ədaləti hökm
çıxarmasına yardımçı olsunlar. "Cənab Prezident, hörmətli Birinci
Vitse-Prezident, Sizdən xahiş edirəm ki, qardaşım Bahadur Qasımovun işini nəzarətinizə
götürərək, ədalətli şəkildə araşdırılmasına yardımçı olasınız. Teyyub Muxtarov
kimi hakimlər insanların taleyi ilə oynayır, onların gələcəklərini əlindən alır
və cəmiyyətdə məhkəmələrə qarşı inamsızlıq yaradır. Sizdən onu da xahiş edirəm
ki, belə hakimləri məhkəmə sistemindən uzaqlaşdırın. Çünki belə "hakim”lər
sizin həyata keçirdiyini islahatlara, reallaşdırdığınız işlərə öz əməlləri ilə
kölgə salırlar”.
Qeyd edək ki, yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə
hazırıq.
Вернуться назад
|