Главная > Araşdırma > Maqnit qasırğası olacaq? – AÇIQLAMA
Maqnit qasırğası olacaq? – AÇIQLAMA11-12-2019, 16:14. |
Maqnit qasırğası olacaq? – AÇIQLAMA
Kosmik hava durumu və proqnozu açıqlanıb. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Busaat.az-a verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Peyk görüntülərində Yerə doğru yönələn digər CME (Tac kütlə atılması) müşahidə olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalb. Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 3-4 nT intervalında dəyişib, Bz komponenti üçün isə -2 nT qədər şimala doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/san-dək olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olub. Kosmik hava proqnozu – Proqnoz dövründə (09 – 11 dekabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 – 11 dekabr) tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 – 11 dekabr) fon səviyyələrində davam etməsi gözlənilir. Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 09 dekabr tarixində 5%-dən, 10 və 11 dekabr tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.
Вернуться назад |