Главная > Region > Neftçalaya beş milyon manat ayrıldı

Neftçalaya beş milyon manat ayrıldı


11-12-2019, 18:51.

              Neftçalaya beş milyon manat ayrıldı

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

 


Вернуться назад