Главная > Dünya > Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub11-12-2019, 13:07. |
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşubRusiyada zəncirvarı yol qəzası baş verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, yol qəzası Vladivostok şəhərində, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində baş verib. Yol qəzası zamanı 48 avtomobil toqquşub. Hadisənin baş verməsinə güclü qarın yağması səbəb olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Вернуться назад |