Главная > Dünya > Arda Turanın "Barselona"da ilk qol sevinci... MEYDANDA SƏCDƏ ETDİ -FOTO

Arda Turanın "Barselona"da ilk qol sevinci... MEYDANDA SƏCDƏ ETDİ -FOTO


4-03-2016, 15:49.

Arda Turan

Türkiyə yığmasının ulduz futbolçusu Arda Turan  "Barselona” klubunda ilk qolunu vurub. Ötən axşam İspaniya çempionatının 27-ci turunda "Barselona” ilə "Rayo Valyekano” üz-üzə gəlib.

Oyun "Barselona"nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun daha bir maraqlı məqamı isə 78-ci dəqiqədə baş verib. Matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona sarı əvəzinə qırmızı vərəqə göstərib. Lakin səhvini anlayan referi daha sonra qərarını dəyişərək Ardanı sarı vərəqə ilə cəzalandırıb.

Oyunun son dəqiqələrində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb. O, baş zərbəsi ilə rəqibin qapıçısını məyus edib. Arda bundan əvvəl açıqlamasında qeyd etdiyi kimi ilk qolunu vurduqdan sonra meydanda diz çökərək səcdə edib.

 


Вернуться назад