Главная > Mədəniyyət / Cəmiyyət > Fərqanə Qasımovanın Fransadakı konsertində anşlaq yaşandı - FOTOLAR

Fərqanə Qasımovanın Fransadakı konsertində anşlaq yaşandı - FOTOLAR


11-12-2019, 08:39.

             Fərqanə Qasımovanın Fransadakı konsertində anşlaq yaşandı- FOTOLAR

 

Azərbaycanın əməkdar artisti, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır.

Musavat.com xəbər verir ki, sənətçi paytaxtın Alliance Francaise Teatrında möhtəşəm çıxışa imza atıb. Anşlaqla keçən konsertin ən yadda qalan məqamı F.Qasımovanın bir neçə il öncə yenidən səhnəyə qaytardığı "Nəva" muğamını ifa etməsi olub.

"Nəva”nı burada səsləndirdim və tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qanadım olmadı”, - deyə xanəndə təəssüratlarını bölüşüb.

Xatırladaq ki, "Nəva" Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmirdi. Xanəndə 2015-ci ildə sözügedən muğama müraciət edərkən, onu yenidən yada salıb.

Onu da qeyd edək ki, F.Qasımovanın səfəri davam edir. O, 11 dekabr tarixində Brest şəhərində master-klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək.

12 dekabr isə elə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək.

Fərqanə Qasımovanı Rauf İslamov, Zəki Vəliyev və Cavidan Nəbiyev müşayiət edirlər.

 


Вернуться назад