Главная > İdman > AVRO-2020: Final mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gələcək - AFİŞA
AVRO-2020: Final mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gələcək - AFİŞA18-11-2019, 14:40. |
AVRO-2020: Final mərhələsinə yüksələn daha iki komandanın adına aydınlıq gələcək -AFİŞABu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq. F qrupunda İspaniya və İsveç, J qrupunda isə Finlandiya ilə İtaliya final mərhələsinə yüksəlib. D qrupunda isə həlledici raunda yüksələnlər bəlli deyil. Qrupun lideri Danimarka İrlandiyanın qonağı olacaq. Növbəti mərhələ üçün Danimarkanı heç-heçə də qane edir. İrlandiya isə mütləq qələbə qazanmalıdır. İsveçrə isə səfərdə Cəbəllütariqla üz-üzə gələcək və qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq istəyinə nail olacaq. AVRO-2020 Seçmə mərhələ, X tur 18 noyabr D qrupu 23:45. Cəbəllütariq - İsveçrə 23:45. İrlandiya - Danimarka Xal durumu: Danimarka - 15 (7), İsveçrə - 14 (7), İrlandiya – 12 xal (7 oyuna), Gürcüstan – 8 (8), Cəbəllütariq – 0 (7). F qrupu 23:45. Malta - Norveç 23:45. İspaniya - Rumıniya 23:45. İsveç - Farer adaları Xal durumu: İspaniya – 23 xal (9 oyuna), İsveç - 18 (9), Rumıniya – 14 (9), Norveç - 14 (9), Farer adaları - 3 (9), Malta - 3 (9). J qrupu 23:45. Yunanıstan - Finlandiya 23:45. İtaliya - Ermənistan 23:45. Lixtenşteyn - Bosniya və Herseqovina Xal durumu: İtaliya – 27 (9 oyuna), Finlandiya – 18 (9), Yunanıstan – 11 (9), Ermənistan - 10 (9), Bosniya və Herseqovina – 10 (9), Lixtenşteyn –2 (9).
Вернуться назад |