Главная > Ölkə > Ağdamın icra başçısı baş redaktoru təhdid edir

Ağdamın icra başçısı baş redaktoru təhdid edir


4-03-2016, 15:10.
Ağdamın icra başçısı baş redaktoru təhdidi edir
Ağdamın icra başçısı Raqub Məmmədov JAM.AZ saytına qarşı hərəkətə keçib. Belə ki, icra başçısı JAM.AZ -ın rəhbərliyini susması üçün təhdid etməyə başlayıb. Buna səbəb isə saytda dünən gedən «Eldar Mahmudovun daha bir kadrı görəvindən alınır» başlıqlı yazı səbəb olub. Ağdam Rayon İcra Hakimiyyətinin işçiləri, habelə rayonda Məmmədov tərəfindən öyrədilmiş "zəhmətkeş"lər saytın redaksiyasına telefonuna zəng edərək, JAM.AZ-ın rəhbərini prokurorluğa verib, cəzalandıracaqlarını, başına min bir oyun açacaqlarını, habelə məhkəməyə verib süründürəcəklərini bəyan ediblər. 

Qəribədir ki, elə dünən axşam saatlarında Prezident Admnistrasiyasının rəsmisi Zeynal Nağdəliyev mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, ötən gün vəzifəsindən azad edilən iki icra başçısı amiranəlik, təkəbbürlük, qərəzçilik və tənqidə qarşı dözümsüzlük nümayiş etdirdiklərinə görə cəzalandırılıblar. 

Elə bu xususda da JAM.AZ saytı da digərləri kimi, elə Zeynal Nağdəliyevin ifadə etdiyi şəkildə Raqub Məmmədovu tənqid edib, Ağdam rayonunda mövcud olan neqativ hallardan yazıb. Buna ultimativ dildə ifadə etmək, hədələmək, təhdid yoluyla cavab verməkdənsə, cənab icra başçısı yaxşı olardı ki, normal qaydada, redaksiyamıza yazılı şəkildə müraciət etməklə münasibət bildirə bilərdi. Görünür, Raqub Məmmədov üçün Prezident Admnistrasiyasının, o cümlədən Zeynal Nağdəliyevin dedikləri boş şeydir. Həmçinin o, ləğv olunmuş MTN-in sabiq generalı, hazırda həbsdə olan Akif Çovdarov formasında bir yanaşma sərgiləyir. Görünür, Çovdarovla dostluq münasibətlərindən dolayı onda bəzi xasiyyətlər qalıb ki, ondan da mətbuata qarşı istifadə etməyə çalışır. 

JAM.AZ saytının rəhbəri bəyən edir ki, hər hansı bir yazıda Raqub Məmmədov təhqir etməmişik, əksinə, tənqid etmişik ki, görə bilmədiyi nöqsanları aradan qaldırsın. Qaldı onun hansısa dövlət qurumuna müraciət etməsinə, məsləhət görərdik ki, bu məsələdə əziyyət çəkməsin. Elə əvvəlki şefi Eldar Mahmudova şikayət etməsi kifayətdir. Onu da tapa bilməsə, Akif Çovdarova da müraciət edə bilər. (sonolay.org)
 
ULUYOl.İNFO

Вернуться назад