Главная > İdman > "Yuventus"un oyunçuları Ronaldudan üzr tələb edirlər

"Yuventus"un oyunçuları Ronaldudan üzr tələb edirlər


13-11-2019, 16:15.

             "Yuventus"un oyunçuları Ronaldudan üzr tələb edirlər

 

"Yuventus"un oyunçuları "Milan"la görüşdə əvəzlənən Kriştianu Ronaldunun hərəkətlərindən narazıdılar. Bu barədə "La Gazzetta dello Sport" xəbər yayıb.

 

Baş məşqçi Mauritsio Sarri sözügedən matçın 55-ci dəqiqəsində Ronaldunu Paulo Dibala ilə əvəzləmişdi. Portuqaliyalı futbolçu oyundan çıxdıqdan sonra birbaşa paltardəyişmə otağına yollanmış və qarşılaşma bitməmiş stadionu tərk etmişdi.

 

"Yuventus" bu hərəkətinə görə Ronaldunu cərimələməyib. Bununla belə, idman direktoru Fabio Paratiçi məsələ ilə əlaqədar ulduz oyunçunun meneceri Jorje Mendeşlə əlaqə saxlayıb.

 

Mənbənin yazdığına görə, futbolçular Ronaldunun üzr istəməsini tələb edirlər.

 

Sport7.az

 


Вернуться назад