Главная > Müsahibə > "Təcili Tibbi Yardım"adlı layihə başlayır

"Təcili Tibbi Yardım"adlı layihə başlayır


4-03-2016, 00:31.
 "Təcili Tibbi Yardım"adlı layihə başlayır
"Gənclərin Gələcəyinə Dəstək" İctimai Birliyi yeni layihəyə start verir.Uluyol.info -ya bu haqda layihənin rəhbəri Rəhman Cəfərli məlumat vermişdir.R.Cəfərli bu günə kimi onlarla Gənclərlə bağlı layihələrə imza atdıqların,İctimai birliyin bundan sonrada fəaliyyətləri gənclərin sağlam düşüncələrlə,cəmiyyətə təhsilli kadr kimi yetişməsi üçün addımlar atılacağın vurğulayıb.
"Milli-mənəvi dəyərlərə sahib çıxaq adlı layihəni bir neçə rayonda keçirdik.Gənclərin Gələcəyinə Dəstək İ.B.-i olaraq qüsurlu gənclərlədə bağlı layihələrimiz var.Hazırda "Təcili Tibbi Yardım"adlı layihə Ağdaş Şəhər Ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərini əhatə edəcək.Layihə çərçivəsində şagirdlər hadisələrə qarşı ilkin tibbi yardımları praktik şəkildə həyata keçirəcəklər.Bu missiyamızda Ağdaş rayonunda İ.B.-in üzvləri,kordinator Ayşən Şükürova,ötən layihələrimizdə yardımçı olan dostlarımız dəstəyi ilə keçiriləcək."
 
ULUYOL.İNFO
Tural İntiqam

Вернуться назад