Главная > Mədəniyyət > Samira Əfəndi yeni klipini təqdim etdi - VİDEO

Samira Əfəndi yeni klipini təqdim etdi - VİDEO


11-11-2019, 08:12.

            Samira Əfəndi yeni klipini təqdim etdi - VİDEO

 

Bir neçə gün öncə Qazaxıstanın "Voice Of Nursultan” festivalında və Belarusiyanın Minsk şəhərində Azərbaycan gənclər günü münasibəti ilə konsert proqramı ilə ölkəmizi təmsil edən müğənni Samira Əfəndi daha bir yeniliyə imza atıb. Musavat.com xəbər verir ki, yeni mahnısı "Yol ayrıcı”nı sevənlərinə təqdim edən Əfəndi sözügedən bəstəyə ekran həyatı verib.

Mahnının sözləri və musiqisi Muxtar Abseynova, aranjimanı Fərhad Musayevə, RAP hissəsi isə Aid-ə məxsusdur.

Qeyd edək ki, ekran işinin rejissorluğu Ruslan Əhmədova, montajı isə Alex Anişenkoya həvalə edilib.

"Yol ayrıcı” mahnısına çəkilən payız əhval ruhiyəli klip Fransa, İsveçrə və Türkiyədə lentə alınıb.

 


Вернуться назад