Главная > Mövqe > Valeh Bayramlı :"Kimdir müqəssir?"

Valeh Bayramlı :"Kimdir müqəssir?"


10-02-2016, 00:07.

Valeh Bayramlı :"Kimdir müqəssir?"

"Ötən həftə prezident İlham Əliyevin bir qrup gənc ilə görüşü zamanı onun AXC hakimiyyətini, daha konkret 1992-1993-cü illər hökümətini tənqidi ilə yadda qaldı. Çıxış sosial şəbəkələrdə geniş müzakirə olundu. Əslində buna tənqid də demək olmazdı, bu əsl təhqir idi. Hökümət üzvlərini bir-bir ad çəkmədən alçaltmağa çalışan İlham Əliyev nə eləməyə çalışırdı?!

Ətraflı baxaq. Məsələn, baş nazir Pənah Hüseynovu alverdə və xüsusilə mövsümi xarakterli alverdə istehza hədəfinə çevirən indiki prezident özü o illərdə nə ilə məşğul idi? Mövsümi xarakterli alver ilə, yəni kurtka alveri ilə...

Və yaxud kiminsə akademiyada müdafiəsini gecikdrdiyini deyən şəxs özü heç hərbi xidmətdə belə olmayıb.

Nəzərə alsaq ki, 22 illik Əliyev rejimi Azərbaycana hansı fəlakətləri gətirib, 1 illik AXC hakimiyyətinin uğurları ilə bu fəlakətləri müqayisə eləmək çox insafsızlıq olardı.

Məsələn ədalət naminə sual vermək lazımdır. Azərbaycan üçün ən böyük xəyanətkar kimdir?

Neft gəlirlərindən əldə 141 milyardı dağıdanmı, yoxsa qarpız satanmı? O 141 milyardı ailəsi üçün xaricdə villalar alıb, biznes qurub, şərait düzəldənmi, hansı ki, Azərbaycan vətəndaşlarının maaşları, təqaüdləri artırılmadı, öz torpağımızda çıxan neft bizə od qiymətinə satıldı. Və ya başqa sual... Elmi işi 12 il müdafiə edə bilməyən parlament sədrimi müqəssirdir xalqın bu günkü ağır durumunda, yoxsa saxta seçkilərlə təyin olunmuş parlamentin başında oturub deputatlara bir kəlimə də xalqın dərdini söyləməyə imkan verməyənmi? Parlament tribunsaından xalqa sözünü catdırmaq xatirinə saxta parlamentdə oturmağı özünə rəva bilənmi daha çox məsumdur, yoxsa ölkədə tənqidci mövqe tutan hər kəsi həbsxanalara salanmı? İsgəndər Həmidovu televizyada kimisə döyməkdə günahlandıran siz, niyə öz nazurlərinizi, məmurlarınızı kabinetinizdə döyürsünüz? Bu sizi daha məsummu edir, xalqın gözü önündə baş vermir deyəmi?

Sual çoxdur, cavab isə birdir. Əliyev rejimi Azərbaycan xalqının fəlakətinə çevrildi. Bundan sonra ölkənin və millətin başına gələcək bütün dərdlərin, problemlərin tək günahkarı sizin rejimdir cənab Prezident. AXC hakimiyyətini bir çox məsələdə günahlandırmaq olar, səriştəsizlikdə, təcrübəsizlikdə, hakimiyyəti sizin kimilərə verib getməkdə. Amma xəyanətdə ƏSLA! Xəyanət oğurluqdur! Xalqın olanı oğurlamaq, bu tək neft pullarının oğurluğu deyil. Sizi xalqın insan kimi yaşamaq haqqını oğurlamısız. Təhsul haqqını, sağlamlıq haqqını, övladının gözünə dik baxmaq haqqını! Az qalıb ki, dövlətin də müstəqillik haqqını oğurlayasız. Bütün bunlar daha böyük xəyanətdir. Bundan sonra çıxışlarınızda bir az da öz səhvlərinizdən danışsaz daha maraqlı olar, axı sizdə material daha çoxdur..."

 

 
ULUYOL.İNFO

Вернуться назад