Главная > Kriminal > Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb9-11-2019, 13:03. |
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 8-də törədilən 17 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Вернуться назад |