Главная > Siyasət > Lavrovun İrəvana səfəri öncəsi Rusiyadan Qarabağ bəyanatı
Lavrovun İrəvana səfəri öncəsi Rusiyadan Qarabağ bəyanatı9-11-2019, 14:02. |
Rusiya Dağlıq Qarabağ konfliktinin həllində vasitəçilik fəaliyyətini davam etdirir. Axar.az xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Ermənistana noyabrın 10-da baş tutacaq səfəri ərəfəsində yaydığı bəyanatda yer alıb. "Dağlıq Qarabağın həlli prosesində tərəflərə dəstək göstərilməsi, Rusiyanın xarici siyasət prioritetləri sırasına daxildir və Rusiya prezidentinin diqqət mərkəzindədir”, - deyə bəyanatda bildirilib. XİN konfliktin həllinin yalnız siyasi, diplomatik vasitələrlə reallaşdırılması gərəkdiyini açıqlayıb. Moskva bu cəhdlərin əvvəl-axır irəliyə doğru addımlamağa və kompromisə gəlməyə imkan verəcəyini söyləyib.
Вернуться назад |