Главная > Yazarlar > "BAYRAQ HAQQI"
"BAYRAQ HAQQI"9-11-2019, 11:40. |
"BAYRAQ HAQQI"Biz bir vətəndaş kimi milli atributumuz olan bayrağımız
haqqında nə bilirik və nələr bizə qaranlıq qalıb?
Azərbaycan Respublikasının dövlət bayrağı üç üfiqi və bərabər enli zolaqdan ibarət olub, yuxarıda göy, ortada qırmızı və aşağı zolağı yaşıl rəngdədir. Qırmızı rəngin üzərində hər iki tərəfində aypara və səkkiz güşə vardır. Bayrağımızın eninin uzunluğuna nisbəti 1:2-dir. İndi keçək rənglərə.
Gələk reallığa.
Bu gün bayrağımızın göy rənginin anlamı nə qədər qalıb? Türkçülükdən nə saxlaya bilimişik? Milli kimlik kimi özümüzü unutduq. Azərbaycan gəncindən milliyətin soruşanda cavabında -"azərbaycanlı" deməsi sizə bir şey demir?! Biz birdən-birə azərbaycanlı demədik, bunu zaman-zaman beyinlərimizi ələ alıb dedizdirdilər. Biz niyə özümüzə türk demirik və yaxud çəkinirik. Çünki türkün torpağı tapdaq altında, ana-bacısı əsirlikdə olmaz!
Biz türkdilli xalqlar və dövlətlərlə yaxınlaşmaq əvəzinə uzaqlaşdıq. Bu proses təkcə bizdə deyil. Böyük milliyətçi şair Almas İldırım "Qara dastan "əsərində yazırdı:
Türk elləri bir-birinə yadlanır, Qazax, Qırğız, Türkmən, Özbək adlanır, Azəri türk yanar içdən odlanır, Ana yurdum içdən halı duman hey...
Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müstəqil dövlətlərin daxilində muxtar qrumlar, bəziləri heç özünüidarə hüququna da malik deyil. Müxtəlif ölkələrin daxilində Əfqanıstan, İraq, İran, Suriya, Bolqarıstan, Ruminiya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiyada və başqa ölkələrdə yaşayırlar. Amma biz talelərimizə biganə yanaşırıq. Bu gün Çində yaşayan türklərə qarşı və onların inanclarına qarşı olan hayqırıya təpki göstərə bilmirik. Bu gün Türkman qardaşlarımızın haray səsin eşitmirik. Cənubi Azərbaycandan olan siyasi fəalların tutulmasına reaksiya verə bilmirik. Fərdləşmişik... Halbuki, sevgili peyğəmbərimiz Məhəmməd (s.a.v.) "Türklərin dilin öyrənin, çünki onların uzun sürəcək hakimiyyəti vardır".
Bir millət yeddi dövlət prinsipi ilə yola düzəlib,Türk-İslam birliyin yaratmaq zərurətindəyik. Başbuğ Alparslan Türkeşin təbirincə desək "İslamiyyət ruhumuz ,Türklük bədənimizdir "və deyirdi "Gənclər hər biriniz birər türk bayrağısınız, bayrağı ləkələməyin, kirlətməyin, yerə düşürməyin".
QIRMIZI RƏNG: Qırmızı rəngin XVIII əsrin sonlarında Fransa Burjua inqilablarından sonra kapitalizmin inkişafı ilə bağlı olması və Avropa ölkərinindəki nəzərə çarpacaq irəliləyişlər... Proletarizatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub və bu vaxtlar qırmızı rəng Avropanın simvoluna çevrilib. Qırmızı rəngin sırf Avropadan gəlməsi aydın olur. Bu rəngin bizim bayrağımıza gətirilməsi avropaya, müasir cəmiyyət, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı təcəssüm edir. Üç rəngli bayrağımızın yaradıcısı olan Əli Bəy Hüseynzadə yazırdı: "Avropalaşalım, fişəngləşəlim,deyirsiniz. Lakin ey qare(oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz-özlərinə deyil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin".
Bəs biz qırmızı rəngi, müasirliyi qavraya bildikmi? Yox, biz əksinə Avropanın geyimlərinə inteqrasiya etdik. Müasirliyi dəb-dəbəli geyimlərdə, saç düzümlərində və s. yerlərdə tapdıq. Və bunun müqabilində nə itirdik? Bunun müqabilində hicabı itirdik. Xarici demokratiya institutların, dövlətlərin ölkəmizə demokratiyanın boğulması ilə sanksiyalarına cavablarına hicabı məktəblərdən yığışdırdılar. Axı biz demokratiyanı geyimdə daha doğrusu soyunmaqda (üzr istəyirəm) tapmışıq. Bax beləcə guya biz demokratik ölkəyik. Ancaq hicab mərifət, əxlaq, namus kodeksidir. Əgər vahid məktəbli geyiminə əlavəni əldə bayraq tutmuşdunuzsa, birincisi islama söykənib hicabıda əlavə edərdiz. Və bu könüllü olardı. İkincisi, siz əlavədən danışırsız bəs niyə məktəbli qızların vahid məktəbli formasının başına daha doğrusu ətəyinə hansı oyunlar açmasını nədən görmədiniz?Yox sizə maraqlı olan və marağınızda olan şeyləri görürsüz. Və beləcə müasirləşmə adı altında milli mənəvi dəyərlərimizdən uzaq düşdük. Aqibətimiz göz önündədir.
Bayrağımızda qırmızı rəngin tarix boyu Vətənin mərd övladlarının qanı kimi təcəssüm edilib, və bayraqda yer alma səbəblərdən başlıcası kimidə qeyd etmək olar.
Yaşıl rəngin izahlı geniş variantda araşdırma zamanı deyərdim ki, təkcə Əli Bəy Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar"əsərində rast gəldim. Onu da qeyd edim ki, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında belə qeyd edirdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Göründüyü kimi yaşıl rəng ortada, qırmızı rəngin yerində olub.
AMEA-nın dissertantı Akif Məmmədli: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanb və bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlikvə mədəniyyətlilikdir".
Tarixçi Cəbi Bəhrəmov: "Bayrağımızın üzərindəki aypara türk xalqlarının simvoludur, səkkiz güşəli ulduzun mənasına gəlincə bu Azərbaycan sözünün əski əlifbada yazılışı ilə bağlıdır, belə ki, əski əlifbada Azərbaycan sözü 8 hərflə yazılır"
Başqa bir tarixçimiz Cəmil Həsənli isə bildirib ki,"ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə ulduzların sayı həmin xalqların taleyində rol oynayır.Ulduzlar səkkiz güşə kimi düzüləndə həmin xalqın taleyində xoş hallar baş verib".
Dövründə mücadilə edən şairimiz deyərdim ki, bu şeirində bayrağımızın tərifin vermişdir.
Türkiyənin
tanınmış tədqiqatçısı Fevzi Kurtoğlu ayparanın türklərə məxsus olması və 5 min
il yaşının, 8 güşəli ulduz isə günəşin təsviri olunduğun qeyd edib.Azərbaycan
sözünün əski əlifba ilə 8 hərf təşkil etməsi, Midiya maqlarının 8 güşəli
olması, Məmməd Əmin Rəsulzadənin Cümhuriyyəti yaradarkən 8 prinsipə dayandığı,
Azərbaycanda 8 etnik qrupun olması,8 türk xalqının mövcudluğu və s. Araşdırmamızdan bəlli oldu ki, bayrağımız sırf milli kimliyimiz və dinimizlə bağlıdır. Necə ki, aya salavat çeviririk... Demək ki, bayrağımız bizim and yerimiz olmalıdır. Amma bayrağa münasibət bu gün heç də ürək açan deyil. İcra struktur binalarının üzərində bayrağa fikir vermisinizmi? Sapları süzülən, rəngi solmuş, bəzi yerlərdə aysız ulduz. Bax belə, bu bizim milli atributumuz olan bayrağımıza münasibətimiz. Bir gün şəhidlərimiz qanı ilə hörülmüş bayrağımızı BÜTÖV AZƏRBAYCAN səmalarında görmək diləyi ilə...
Saday Fərəcov Ulu Yol Gənclər Təşkilatının sədri
Вернуться назад |