Главная > Region > Akif Süleymanovun qanunsuz əməlləri barədə -Şok faktlar

Akif Süleymanovun qanunsuz əməlləri barədə -Şok faktlar


3-03-2016, 23:45.

Akif Süleymanovun qanunsuz əməlləri barədə Şok faktlar

Xeberman.com saytına adının açıqlanmasını istəməyən mənbə Şəmkir rayonun Təcili tibbi yardım stansiyasının baş həkimi Akif Süleymanovun qanunsuz əməlləri barədə məlumat verib. Mənbə  Akif Süleymanov Bakı şəhəri Səhiyyə Nazirliyi tərəfindən Şəmkir rayonun təcili Tibbi yardım stansiyasına göndərilən həkimlərə və texniki persanla göndərilən geyimi, batinkaları və digər zəruri ləvazimatları öz şəxsi malı kimi Şəmkir rayonunda ticarətlə məşğul olan Arif adlı bir sahibkara satdırır.

Bundan əlavə Akif Süleymanovun ən dəhşətli və ağılasığmaz, belə desək özünə gəlir mənbəyi kimi Ulu Öndər Heydər Əliyevin ad günündən də suni istifadə edir. Gəlir qazanmaq məqsədi üçün Akif Süleymanov may ayının əvvəlindən başlayaraq Ulu Öndər Heydər Əliyevin doğum gününə gül pulu adı ilə hər işçidən məcburi qaydada gül pulu adı ilə 5 manat pul alır. Bununla bağlı oxuyucularımız üçün video faktları təqdim edəcəyik.

Mənbə bildirir ki, Bakı Şəhərinə ağır vəziyyətdə göndərilən xəstələrin yaxınlarından məcburi qaydada 350 manat pul tələb edilir. Onun 150 manatını şəxsən baş həkim Akif Süleymanovun özünə çatır, 100 manatı şofirə, 100 manat pulu isə həkimə verilir.

Davamı var bizi izləyin(xeberman.com)

Qarşı tərəfə də söz haqqı tanıyırıq

ULUYOL.İNFO


Вернуться назад