Главная > Baş Xəbər / Dünya > Donald Tramp ŞOKda: 2 milyon dollar cərimələndi

Donald Tramp ŞOKda: 2 milyon dollar cərimələndi


8-11-2019, 14:09.

         Donald Tramp ŞOKda: 2 milyon dollar cərimələndi

 

ABŞ prezidenti Donald Trampa məxsus xeyriyyəçi Tramp Vəqfi siyasi və kommersiya məqsədli fəaliyyətinə görə 2 milyon dollar cərimələnib.

BAKU.WS CNN-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Məhkəməsinin hakimi Salian Skarpulla (Saliann Scarpulla) qərar çıxarıb.

Məhkəmə qeyri-qanuni fəaliyyətinə görə fondu cərimələməklə yanaşı, onun bağlanması barədə də hökm verib.

Qeyd edək ki, Nyu-York Baş Prokurorluğu ötən il ABŞ prezidenti Donald Tramp və ailəsinə qarşı qaldırdığı iddiada 2,8 milyon dollar tələb irəli sürmüşdü.

 


Вернуться назад