Главная > Region > Şabranda teplovoz yandı

Şabranda teplovoz yandı


29-10-2019, 21:49.

          Şabranda teplovoz yandı

 

Şabran rayonunda teplovozda yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Biləcəri Lokomotiv Deposuna məxsus TEM-27661 markalı teplovozda yanğın başlayıb. Hadisə yerinə Şabran Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb.

Nəticədə teplovozun mühərrik şöbəsi qismən yanıb.

 


Вернуться назад