Главная > Mövqe > Şoyqu Gümrüdəki bazadan danışdı: Döyüşə hazır vəziyyət...

Şoyqu Gümrüdəki bazadan danışdı: Döyüşə hazır vəziyyət...


29-10-2019, 20:15.

            Şoyqu Gümrüdəki bazadan danışdı: Döyüşə hazır vəziyyət...

 

Ermənistanda yerləşən Rusiya hərbi bazası Qafqazda sabitliyin qarantıdır və bu respublikasının ordusu ilə birlikdə regiondakı təhlükəsizliyə olan təhdidlərə qarşı durmağa qadirdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı David Tonoyanla görüş zamanı deyib.

"Ermənistan ərazisində Qafqaz regionunda sabitliyin qarantı rolunu oynayan 102 saylı Rusiya hərbi bazası yerləşir. Bu gün orada yoxlama apardım. Baza döyüşə hazır vəziyyətdədir və Ermənistan Silahlı Qüvvələri ilə birlikdə təhlükəsizliyə mövcud təhdidlərə qarşı durmağa hazırdır”, - Şoyqu bildirib.

 


Вернуться назад