Главная > Maraqlı > Qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb

Qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb


29-10-2019, 18:19.

          Qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb

Smartfonlara quraşdırılan kameraların ölçüsü hər il kiçilir. Amma çəkiliş üçün olduqca kiçikölçülü tamamilə başqa tip qurğular mövcuddur. "OmniVision" şirkətinin "OmniVision OV6948" kamerası məhz bu tipə aiddir.

 

Uluyol.az ictnews.az-a istinadən bildirir ki, bu kameranın özəlliyi onun ölçüsüdür. "OV6948" kamerası öz ölçüsünə görə (0,575 x 0,575 x 0,232 mm) qum zərrəsinə oxşayır. Buna baxmayaraq, kamera "RGB Bayer" çipinin köməyi ilə 40 min piksel təsvir ölçüsündə rəngli görüntü çəkə bilir.

 

"OmniVision" şirkətinin yeni kamerası smartfonlarda deyil, cərrahi alətlərdə tətbiq üçün nəzərdə tutulub.

 


Вернуться назад