Главная > Aktual > "Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova seçkilərdən danışdı

"Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova seçkilərdən danışdı


2-11-2015, 01:03.

Mehriban Zeynalova:

 

Deputatlığa namizəd, "Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova parlament seçkilərindəki rəqibi Ağacan Abiyevin demokratik seçkilərə mane olduğunu bildirib.

"Seçkidə əsas rəqiblərimdən biri Ağacan Abiyev idi. Seçkidə baş verənlər onun tərəfindən həyata keçirilirdi. Bütün müəllimlər əvvəlcədən "təlimatlandırılmışdılar". Mənim hazırki səsim 11 faizdir. Ancaq müşahidəçilərin məntəqələrdən gətirdiyi rəqəmlərlə, rəsmi rəqəmlər arasında iki dəfə fərq var. Təxminən 25 faiz səs toplamışam. İddia etmirəm ki, bu səslə qalib gələ bilərəm. Sadəcə, demokratik keçən seçkini pozmaq cəhdidir. MSK-ya rəsmi müraciətimiz və şikayətimiz olacaq. İndiki nəticələrə görə mən ikinci yerdəyəm. Müşahidəçilər tərəfindən məntəqədə günün sonuna kimi 200 seçici qeydə alınıb. Amma qutudan 600 bülleten çıxır və onun 450-si Ağacan Abiyevin adına. Bu, absurddur. İcra nümayəndəsi maşınla camaatı gəzdirirdi ki, məntəqələrdə səs versinlər.. Özü də etiraf edirdi ki, icra nümayəndəsiyəm, özüm bilərəm. Məntəqə sədrləri müahidəçilər məlumat vermir. Bildirirdilər ki, onlar icra başçısına məruzə edirlər".

Qeyd edək ki, Mehriban Zeynalova 32 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd idi.(ölkə.az)




Вернуться назад