Главная > Baş Xəbər / İdman > Zəfər bayramında Təbrizin "Traxtur" klubu bütün türk dünyasını ayağa qaldırdı - /FOTO

Zəfər bayramında Təbrizin "Traxtur" klubu bütün türk dünyasını ayağa qaldırdı - /FOTO


31-08-2019, 20:28.

        Zəfər bayramında Təbrizin "Traxtur" klubu bütün türk dünyasını ayağa qaldırdı -/FOTO

 

Dünən Güney Azərbaycanda yerləşən stadionda "Traxturla-Persepolis"- in matçı keçirilib.

30 avqust Türkiyə Cümhuriyyətinin Zəfər bayramı ilə əlaqədar olaraq Güney azərbaycanlılar stadionu al-qırmızı rəngə boyayıblar.

Türk dünyası üçün əlamətdar olan tarixi hadisələr zamanı "Traxtur" futbol klubunun azarkeşləri İran hökumətinin yaratdığı bütün maneələrə rəğmən qeyd etməyə çalışırlar.

Matçın "Traxtur"-un 1:0 hesablı qələbəsi ilə bitməsi isə meydançanı bayram yerinə çevirib.

Oyunun gedişində isə Ehsan adlı futbolçunun vurduğu qoldan sonra şərhçi "Sən yaşa, min yaşa, Mustafa Kamal paşa" şüarını səsləndirib.

 


Вернуться назад